Muslera aylarla yaşıl meydanlardan kənar qalacaqbackend

Muslera aylarla yaşıl meydanlardan kənar qalacaq

“Qalatasaray”ın qapıçısı Fernando Muslera “Rizəspor”la matçda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq iki yerdən ayağını sındırıb.

KONKRET.az xəbər verir ki, 15-ci dəqiqədə zədələnən uruqvaylı qolkiper dərhal xəstəxanaya çatdırılıb. Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, “Qalatasaray” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*