Türkiyənin məşhur müğənnisi Mustafa Sandal keçmiş xanımı tərəfindən məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, Emina Yahovic iki aydır aliment ödəməyən pop ulduzdan şikayətçi olub.
Bundan sonra Sandalın evi və ofisi müsadirə olunub, sənətçinin əşyaları və bank hesabları barədə tədbir görülüb.
Qeyd edək ki, Mustafa və Emina 2008-ci ildə ailə qurub, 10 il sonra boşanıb. Eks-cütlüyün bu nikahdan iki övladı var.
