“Müxalifət Qarabağla bağlı Rusiyanın təkliflərini qəbul etmirsə, uca səslə rədd etsin”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə çıxışında deyib.
“Qarabağla bağlı indiki mövqeyimiz müxalifətin bizdən tələb etdiyidir. Ona görə də müxalifət hesab edir ki, Rusiyanın təklifləri rədd edilməlidir. O zaman bunu yüksək səslə bəyan etmək düzgün olardı”, – Paşinyan deyib.
Onun sözlərinə görə, Rusiya Prezidentinin “Valday”da verdiyi bəyanat bir sıra məsələlərə aydınlıq gətirib.
“Rusiyanın təklifləri ilə bağlı bu sualın verildiyi vaxt hökumət çox cəld reaksiya verdi. Lakin həm müxalifət müstəvisində, həm də Qarabağdakı “hakimiyyət”dən Rusiyanın təkliflərini qəbul etməsi tələbi ilə bəyanatlar verildi. Hökumət artıq 2021-ci ilin yanvarından bu sazişləri qəbul edib və onlar haqqında düzgünlük əsasında danışmayıb”, – deyə Paşinyan əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az