Myanmada hərbi tribunal iki yüksək rütbəli generalı ömürlük həbs cəzasına məhkum edib.
KONKRET.az xəbər verir ki, generallar dövlətə xəyanətdə, rüşvət almaqda, qeyri-qanuni valyuta saxlamaqda təqsirli bilinirlər.
Bu cəzalar ordunun Aung San Suu Kyi hökumətindən hakimiyyəti ələ keçirməsindən sonra yaradılan hərbi administrasiyanın yüksək rütbəli üzvləri üçün ən sərt cəza idi.
Zabitlər arasında ordunun qərargah rəisi, dövlət idarəsinin hakim hərbi şurasının üzvü və üç əsas iqtisadi nəzarət orqanına rəhbərlik edən general-leytenant Moe Myint Tun da var.
Qeyd edək ki, o, ömürlük həbs cəzasına bərabər olan 20 il müddətinə “köçürmə” cəzasına məhkum edilib.
Ariz Həsənoğlu,
KONKRET.az
