Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 700-dən çox insan yaralanıb.
Həmçinin bildirilir ki, Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb, 117 nəfər itkin düşüb. Tailandın meteorologiya departamenti Myanmada baş verən zəlzələdən sonra ümumilikdə 27 yeraltı təkan qeydə alıb.//Oxu.Az
***
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.
Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.
