NADİR HADİSƏ: Quyruqlu körpə doğuldu – VİDEObackend

NADİR HADİSƏ: Quyruqlu körpə doğuldu - VİDEO

Çində 10 santimetr quyruğu olan körpə doğulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Metro.co” məlumat yayıb.

Çinli pediatr Dr.Li nadir hadisənin görüntülərini internetdə paylaşıb. O qeyd edib ki, anomaliya dölün inkişafındakı pozuntuların nəticəsi ola bilər.

Həkim həmçinin körpədə zəncirlənmiş kordon sindromu adlı bir xəstəliyin olduğunu bildirib. Bu, onurğa beyninin ətrafdakı toxumalara bağlanması və hərəkətini məhdudlaşdıran bir xəstəlikdir. Normalda onurğa beyni onurğa kanalı daxilində sərbəst hərəkət edir, lakin bu sindromla sərbəst hərəkət edə bilmir.

MRT müayinəsi pediatrın şübhələrini təsdiqləyib.

Həkimlərin fikrincə, bu, uşaqda nevroloji problemlər yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*