Nagehan Abdullayeva Azərbaycandan birdəfəlik köçdübackend

Nagehan Abdullayeva Azərbaycandan birdəfəlik köçdü

“İlllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də “Türk gəlini” deyə-deyə məni qəbul etmişdiz. Hər biriniz var olun”.

KONKRET.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri həyat yoldaşı Fərid Abdullayevlə yollarını ayıran bloger Nagehan Abdullayeva deyib.

O, Bakıdan birdəfəlik köçdüyünü açıqlayıb: “Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı toplamaya gəldi. Qismət… Bağım demək olar ki, kəsilir. Orada çox dostlarım var, çalışdığım insanlar var. Gəlib, qayıdacağam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram… Sağlıq olsun. Daha gözəl günlərə doğru… Haqqınızı halal edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*