“Avropa sağlam insan üçün cəlbedici ola bilməz”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin deyib.
“Mənəvi və fiziki cəhətdən sağlam bir insan üçün Avropaya getmək əslində xoşagəlməz və bəzən hətta qorxuludur. Orada çoxlu müxtəlif pozğunluqlar yetişdirilib”, – deyə Sergey Narışkin bildirib.
Narışkin ruslara xəbərdarlıq edib ki, Avropa ölkələrinə getməsinlər, çünki onun fikrincə, orada onlar təhlükə altındadırlar.
“İnsan Allahın surətində və bənzərində yaradılmışdır və qərblilər onu hər cür transseksual insanlar və biomexanoidlərlə əvəz etməyə çalışırlar”, – deyə Narışkin əlavə edib.
Burhan,
KONKRET.az
