Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundubackend

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Göyçay rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

KONKRET.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.

Tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub.

E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*