NASA Marsda ən böyük zəlzələni qeydə aldıbackend

NASA Marsda ən böyük zəlzələni qeydə aldı

Marsda indiyə qədər qeydə alınan ən böyük zəlzələ 5 bal gücündə olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Aerokosmik Agentliyi “NASA” məlumat yayıb.

Açıqlamada Marsda seysmik fəaliyyətləri araşdıran “InSight” cihazının mayın 4-də planetdə 5 bal gücündə zəlzələni qeydə aldığı bildirilib.

Həmçinin araşdırma qrupunun zəlzələnin mərkəzini və mənbəyini müəyyən etmək üçün işlərini davam etdirdiyi qeyd edilib.

Tədqiqatçılar bu cür təbii hadisələri araşdıraraq Mars haqqında daha çox məlumat əldə etməyi hədəfləyirlər .

Qeyd edək ki, “InSight” 2018-ci ilin noyabrında Marsa çatdıqdan sonra 1313-dən çox zəlzələ aşkar edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*