Natiq Məmmədov: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcəkbackend

Natiq Məmmədov: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Bu, informasiya sahəsinə dövlətin münasibətinin nə qədər həssas olduğunu göstərir.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədov deyib.

O bildirib ki, iki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək. Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*