NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil – İran bu halda hərəkətə keçəcəkbackend

NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil - İran bu halda hərəkətə keçəcək

Məlum olduğu kimi, Avropa İttifaqının Ermənistandakı mülki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədinin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvləri və erməni hərbçiləri müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər. Hadisənin Gorus istiqamətində baş verdiyi qeyd olunub.

Bəzi siyasi analtiklər vurğulayırlar ki, Aİ və NATO Ermənistan vasitəsilə Türkiyəyə qarşı da məkirli planlar hazırlayırlar.

Görəsən, sözügedən qüvvələrinin əsl niyyəti nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Ramiyyə Məmmədova qeyd edib ki, NATO, ABŞ və Aİ-nin Azərbaycana qarşı siyasəti birmənalı deyil:

“NATO-nun Yaxın Şəqdə olduğu kimi, Cənubi Qafqazda da müəyyən maraqları var. Baxın, bu təşkilatı ABŞ ilə ayırmaq olmaz. Həm NATO, həm də ABŞ eyni siyasəti yürüdürlər. Onsuz da alyansın başında Birləşmiş Ştatlar dayanır. Qurum adıçəkilən ölkənin maraqlarını qorumaqla məşğuldur. Rəsmi Vaşinqton hər zaman Cənubi Qafqazda möhkəmlənməyə çalışıb. Onların bölgədə təsir edə biləcəyi yeganə dövlət isə Ermənistandır. İstəmirlər ki, regionda sülh əldə olunsun. Əgər belə niyyətləri olsaydı, Ermənistana müxtəlif yollarla təsirlər edərdilər. Lakin biz hazırda fərqli mənzərə ilə qarşı-qarşıyıq. Onlar ermənilərə silah və maliyyə yardımı edirlər. ABŞ, NATO və Aİ bölgədə sülh istəmir. Azərbaycana qarşı siyasət birmənalı deyil”.

Ekspert bildirdi ki, Türkiyə və NATO zaman-zaman müəyyən gərginlik yaşayıb:

“Alyans Türkiyə üzərindən də ölkəmizə, ümumilikdə isə bölgəyə nəzarət etməyə çalışıb. Rəsmi Ankara NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Son zamanlar təşkilatla adıçəkilən ölkə arasında müəyyən fikir ayrılıqları var. Türkiyənin müstəqil siyasət yürütməsi bəzən ABŞ və NATO-nu narahat edib. Ankara da bunu gözəl anlayır. Qeyd etdiyim kimi, bölgə həm də İrana nəzarət etmək üçün ABŞ və NATO, eyni zamanda Aİ üçün önəmlidir. Bu öhdəliyi isə üzərinə Ermənistan götürüb. Rəsmi Tehran Ermənistan tərəfindən özünə qarşı hər hansısa xoşagəlməz addım görsə, cavab verəcək. Lakin son zamanlar müşahidə olunan başqa bir məqam isə İranla ABŞ-nin müəyyən qədər yaxınlaşmaq istəyidir. Müttəfiq qüvvələrin əsas planı Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaqdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*