Naxçıvanın Bakıdakı nümayəndəsi: “Onlayn bilet satışı narazılıq yaradıb”backend

Naxçıvanın Bakıdakı nümayəndəsi: "Onlayn bilet satışı narazılıq yaradıb"

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov “Azərbaycan Hava Yolları” QSC-yə məktubla müraciət edib.

KONKRET.az müraciəti təqdim edir:

“2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaradıb, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olub. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*