Nazarbayev iğtişaşlardan sonra ilk dəfə xalqa videomüraciət edib – VİDEObackend

Nazarbayev iğtişaşlardan sonra ilk dəfə xalqa videomüraciət edib - VİDEO

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ölkədə iğtişaşlar başlayandan ilk dəfə xalqa müraciət edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin videomüraciəti onun mətbuat xidmətinin YouTube kanalında yayımlanıb.

Bu, Nazarbayevin ölkədə kütləvi iğtişaşlar başlayandan bəri xalqa ilk videomüraciətidir. Eks-prezidentin uzun müddət ictimaiyyət arasında olmaması bir çox şayiələrə səbəb olmuşdu.

Belə ki, bir çoxları 81 yaşlı liderin xəstələndiyini, onun ölkədən qaçdığını və hazırkı prezident Qasım-Jomart Tokayevlə münaqişəsi barədə fikir səsləndirirdilər.

Videoda Nazarbayev ənənəvi olaraq xalqa qazax dilində, daha sonra isə rusca müraciət edir. O, dövlət bayraqları fonunda masa arxasında oturub.

Nazarbayev deyib: “Hamıya məlumdur ki, mən 30 il istirahət etmədən ölkənin inkişafı üçün işlədim. Biz bir yerdə müstəqil Qazaxıstanı qurduq, böyük sosial-iqtisadi inkişafa nail olduq. Bir çox göstəricilərə görə, nəinki Mərkəzi Asiyada, hətta MDB məkanında lider olduq. Ölkənin sabitliyi və təhlükəsizliyi mənim üçün hər zaman vacib amil olub”.

Sabiq prezident həmçinin ölkədə olduğunu və paytaxtda istirahət etdiyini deyib. Ölkəyə Tokayevin rəhbərlik etdiyini, onlar arasında heç bir münaqişə olmadığını diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*