Nazim Babayev Avropa Oyunlarında iştirak etməyəcəkbackend

Nazim Babayev Avropa Oyunlarında iştirak etməyəcək

Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib.

KONKRET.az xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək.

Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*