Nazir Aqil Abbasın rəis oğluna töhmət verib? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİBbackend

Nazir Aqil Abbasın rəis oğluna töhmət verib? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğluna töhmət verilməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev KONKRET.az-a bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır:

“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb. Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik”, – E.Hacıyev deyib.

***

 10:51
Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*