Nazir Eldar Əzizovun qardaşını işdən çıxarıb? – YENİLƏNİB + RƏSMİ AÇIQLAMAbackend

Nazir Eldar Əzizovun qardaşını işdən çıxarıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, ƏƏSMN-dən Bakupost.az-a məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

“A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hal-hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”, – məlumatda vurğulanıb.

***

11:55
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib. 

KONKRET.az  xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib. Aydın Əzizov qulaq, burun, boğaz  həkimidir./qaynarinfo.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*