Nazir müavini: “Vətəndaşlara dəymiş ziyan ödəniləcək”backend

Nazir müavini: "Vətəndaşlara dəymiş ziyan ödəniləcək"

“Şabranda baş verən yanğınlar zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib”.

KONKRET.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda hesablamalar aparılır: “Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək. Daha sonra dəymiş ziyan ödəniləcək. Yanğının ən təhlükəsi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*