Nazir “Neftçi”nin sabiq baş məşqçisini vəzifədən uzaqlaşdırdıbackend

Nazir "Neftçi"nin sabiq baş məşqçisini vəzifədən uzaqlaşdırdı

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerini itirib.

KONKRET.az xəbər verir ki, o, ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postundan uzaqlaşdırılıb.

30 ildən artıqdır adıçəkilən mərkəzə rəhbərlik edən Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş senzini əsas götürüb. “Neftçi”nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.

Onun yerinə təyinat yaxın günlərdə açıqlanacaq.//Sportinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*