Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.
KONKRET.az xəbər verir ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib.
Salam mən 3cü qurup əkilən 150manat müvinət alıram 2024 ci ildə artım nəçə manat alacam