Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdıbackend

Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb.

KONKRET.az xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dolları artaraq bir barel üçün 94,98 dollara yüksəlib.

Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti isə 1,14% və ya 1,09 ABŞ dolları artaraq 97,09 dollar təşkil edib.

Qiymət artımına ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin davam etməsi və investorların mümkün təklif məhdudiyyətləri ilə bağlı narahatlıqları təsir göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*