“Neftçi” – “Jelezniçar” oyununun biletləri satışdabackend

“Neftçi” – “Jelezniçar” oyununun biletləri satışda

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununun biletləri satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/…/sport/neftci-pfk-jeleznicar-fk/97161

8-ci km stadionunun kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*