“Neftçi”nin apellyasiya şikayəti qəbul edilmədibackend

“Neftçi”nin apellyasiya şikayəti qəbul edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 01.06.2023-cü il tarixli qərarlarını nəzərinizə çatdırırıq:

“Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyevin qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə İntizam Komitəsinin 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*