AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.
Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.
