“Neftçi”nin qapıçısı əməliyyat olunacaqbackend

"Neftçi"nin qapıçısı əməliyyat olunacaq

“Matç TV Kuboku”nda Serbiyanın “Srvena Zvezda” komandası ilə oyunda zədələnmiş “Neftçi”nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

O, oyunçunun müayinədən keçdiyini bildirib: “Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq”.

Qeyd edək ki, “Neftçi” iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*