Nənəsinin məmurlar tərəfindən döyüldüyünü dedi – HƏBS OLUNDUbackend

Nənəsinin məmurlar tərəfindən döyüldüyünü dedi – HƏBS OLUNDU

Tacikistanda nənəsinin məmurlar tərəfindən döyülməsi haqqında danışan şəxs ekstremizmdə ittiham edilərək həbs edilib.

KONKRET.az xəbər verir ki, Tacikistanın Vəxdat şəhəri yaxınlığında yerləşən Odili kənd sakini rezonans doğuran videodan sonra ekstremist fəaliyyətə çağırış ittihamı ilə həbs edilib. Şahboz Şərifbek təhlükəsizlik qüvvələrinin qardaşını zorla əsgərliyə apardığını, 82 yaşlı nənəsinin döyüldüyünü anlatdığı video çəkib. Bu barədə “Ozodi” (“Azadlıq” radiosunun Tacikistan bürosu hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə oktyabrın 15-də hökumət məmurları Şərifbekin ailəsinin evinə gələndə qardaşlardan birini hərbi komissarlığa aparan zaman başlayıb. Eyni zamanda, yaxınlarının dediyinə görə, oğlan çağırış vərəqəsi almayıb.

Şahboz ailəsinin çətin şəraitdə yaşadığını əks etdirən videoda qardaşı Sodikconu nahaq yerə hərbi komissarlığa aparıldığını vurğulayıb, həmçinin nənəsini döyən məmurların kobud hərəkətlərindən şikayətlənib.

Videoda tacikistanlı yaşlı qadının başının bir neçə yeri cırılmış şərfini yaxından çəkib. Şərifbek respublika prezidenti Emoməli Rəhmonu yerli hakimiyyət orqanlarının qanunsuzluqlarına əhəmiyyət vermədiyinə görə qınayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*