“İsrail hakimiyyəti son günlərdə israillilərə qarşı başlayan terror aktlarının yeni dalğasının təşkilinin arxasında İranın dayandığına əmindir”.
KONKRET.az xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
Hökumət başçısı vurğulayıb ki, ölkə hakimiyyəti günahkarların tapılıb cəzalandırılması üçün hər şeyi edir.
“Biz İran və onun müvəkkilləri tərəfindən təşviq edilən, idarə olunan və maliyyələşdirilən terror aktının episentrindəyik. Qatilləri tutmaq üçün gecə-gündüz çalışırıq”, – deyə Netanyahu bildirib.
Burhan,
KONKRET.az
