İsrailin baş naziri Benyamin Netanyahu kardiostimulyatorun implantasiyası əməliyyatı keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə hökumət başçısının özü Telegram-da videoçarxda məlumat verib:
“Bir həftə əvvəl məndə monitorinq cihazı quraşdırılmışdı. Bu cihaz siqnal verdi və qərar gəlindi ki, məndə kardiostimulyator olmalıdır”, – deyə Netanyahu bildirib.
O qeyd edib ki, özünü əla hiss edir, lakin həkimlərini dinləməlidir.
İyulun ortalarında Netanyahu Şeba Mərkəzində xəstəxanaya yerləşdirilib. O, ürək döyüntüsü monitoru taxdıqdan sonra evə buraxılıb.
Benyamin Netanyahunun 73 yaşı var. O, üç dəfə İsrailin baş naziri olub. Netanyahu 1996-1999, 2009-2021 və 2022-ci ilin sonundan hökumətə rəhbərlik edib.
Burhan,
KONKRET.az
