Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün cümə günü axşam Parisdə görüşüblər.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu bu axşam Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. İki lider İranın nüvə təhlükəsinə qarşı durmağın yollarını geniş müzakirə ediblər. Baş nazir Netanyahu İran rejiminə qarşı əhəmiyyətli sanksiyaların tətbiqinə və İslam İnqilabı Keşikçiləri Korpusunun Aİ-nin terrorçu siyahısına daxil edilməsinə çağırıb”, – məlumatda deyilir.
Bundan əlavə, liderlər Livanda sabitliyin qorunmasının zəruriliyini müzakirə ediblər.
Qeyd edək ki, Netanyahu ilk xarici səfərini Parisə edib.
İqbal Rzayev,
KONKRET.az
