İsrailin Baş naziri Benyamin Netanyahu İranın onun oğullarından birinə qarşı sui-qəsd cəhdi həyata keçirməyə çalışdığını açıqlayıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Netanyahu özü açıqlama verib. O bildirib ki, İran tərəfi oğullarından birini hədəfə alıb və ona qarşı sui-qəsd planı hazırlayıb.
İsrail baş naziri bu hadisəni “inanılmaz” adlandıraraq, İranın onun ailə üzvlərindən birini birbaşa hədəfə aldığını vurğulayıb.
Məlumata görə, sözügedən iddianın ictimaiyyətə açıqlanmasına bir neçə ay ərzində məhdudiyyət qoyulub.
