New York Times: “Kiyevlə birlikdə Vaşinqtonu da itirmək istəmirsə, çətin qərarı Zelenski yox, Bayden verməlidir”backend

New York Times: “Kiyevlə birlikdə Vaşinqtonu da itirmək istəmirsə, çətin qərarı Zelenski yox, Bayden verməlidir”

“Ukraynanın Rusiya üzərində qəti hərbi qələbəsi, eləcə də Kiyevin 2014-cü ildən bəri itirdiyi bütün əraziləri geri qaytarması qeyri-real məqsəddir”.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times”da dərc edilən məqalədə qeyd olunur.

Nəşr yazır ki, danışıqlar aparılarsa, rəsmi Kiyev kompromis əldə etmək üçün müəyyən ərazi qərarları qəbul etməli olacaq.

Məqalə müəllifləri hesab edirlər ki, ABŞ və NATO münaqişədə çox güclü iştirak edir və döyüş ruhunu artıran bəyanatlar danışıqlara mənfi təsir göstərir. Buna görə də Vaşinqton Zelenskiyə Qərbin Moskva ilə qarşıdurmada həddi aşmayacağını başa salmalıdır.

Hər şey elə görünür ki, Amerika Ukrayna cəbhəsindəki vəziyyəti real dəyərləndirməyə başlayıb. Digər tərəfdən isə vəziyyət tamamilə fərqlidir. Axı Ukrayna anqlosaksların xarici nəzarəti altındadır. Və məhz Bayden administrasiyası Ukraynaya “son ukraynalı ilə müharibə” ssenarisini tətbiq edir.

Bundan başqa, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoymayıb. Onun əsl məqsədi Rusiyaya strateji məğlubiyyət verməkdir.

“Beləliklə, “çətin və ağrılı qərarı” Zelenski deyil, Bayden özü verməlidir, əlbəttə ki, Kiyevlə birlikdə Vaşinqtonu da itirmək istəmirsə…” – məqalədə vurğulanır.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*