Nigerdə çevrilişə rəhbərlik edən generalın ABŞ-la əməkdaşlığı ÜZƏ ÇIXDIbackend

Nigerdə çevrilişə rəhbərlik edən generalın ABŞ-la əməkdaşlığı ÜZƏ ÇIXDI

Nigerdə çevrilişi həyata keçirən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Musa Salau Barma uzun müddət Qərbi Afrikada ABŞ-ın elitar antiterror bölmələrinə rəhbərlik edib.

KONKRET.az The Wall Street Journal”a istinadən xəbər verir ki, hazırda o, ABŞ və üsyançılar arasında əsas diplomatik əlaqə kanalı olaraq qalır.

Qeyd olunub ki, ABŞ ordusu 30 il ərzində Musa Salau Barma ilə əməkdaşlıq edib. Amerika hökumətinin köməyi ilə o, Vaşinqtonda Milli Müdafiə Universitetində təhsil alıb. Daha sonra Barma ABŞ-ın Qərbi Afrikada “Əl-Qaidə” və “İŞİD”ə qarşı əməliyyatlarında iştirak edən elit bölmələrinə cavabdeh olub.

“The Wall Street Journal” yazır ki, Musa Salau Barma milli televiziyada ölkədə çevriliş edən hərbçilər arasında göstərildikdən sonra Amerika hərbi komandanlığı narahat olub.

Lakin sonra qərargah rəisi ABŞ və üsyançılar arasında əsas diplomatik vasitəçi olub.

Məlumata görə, ABŞ ordusu Nigerdə ​​vətəndaş müharibəsini dayandırmaq üçün Barma ilə əməkdaşlığı yaxşı fürsət hesab edir.

Xatırladaq ki, Niger Prezident Qvardiyasının hərbçiləri iyulun 27-nə keçən gecə dövlət başçısı Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Daha sonra üsyançılara Niger ordusunun komandanlığı dəstək verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*