Nikol Paşinyan Abbas Əraqçi ilə ikitərəfli və regional məsələləri müzakirə etdibackend

Nikol Paşinyan Abbas Əraqçi ilə ikitərəfli və regional məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

KONKRET.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, baş nazir və XİN başçısı ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*