Baş nazir Nikol Paşinyan Ermənistanı tərk etmək fikrində deyil və üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə baş nazir aparatının rəhbərinin müavini Taron Çaxoyan Facebook-da məlumat verib. O qeyd edib ki, baş nazirin təyyarəsinin yaxın bir neçə saat ərzində uçmağa hazırlaşdığı, hökumət başçısı və ailəsinin Ermənistanı tərk edəcəyi barədə yalan xəbərlər yayılır.
“Təbii ki, bu cəfəngiyyatın təkzibə belə ehtiyacı yoxdur. Baş nazir Paşinyan xalqın səsi ilə ona həvalə edilmiş baş nazirin vəzifələrini yerinə yetirməkdə davam edir və bundan sonra da edəcək”, – Çaxoyan bildirib.
O, həmçinin bildirib ki, hazırda baş nazirə xidmət edən təyyarə texniki xidmət üçün xaricdədir.
Xuraman Etibarlı,
KONKRET.az
