Norveç şahzadəsinin oğlu həbsdə qaldıbackend

Norveç şahzadəsinin oğlu həbsdə qaldı

Norveç Apellyasiya Məhkəməsi vəliəhd şahzadə Mette-Maritin oğlu Marius Borq Höybinin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib. Aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan hakim onun həbsxanadan çıxarılaraq elektron qolbaqla ev dustaqlığına buraxılması təklifini rədd edib.

KONKRET.az xəbər verir ki, NRK telekanalının yaydığı məlumata görə, 29 yaşlı Höybi dörd qadına qarşı təcavüz, məişət zorakılığı və digər ağır cinayətlərdə ittiham olunur. O, məhkəmədən hökm oxunana qədər olan müddəti vəliəhd şahzadə və şahzadənin iqamətgahında, elektron qolbaq nəzarəti altında keçirməyi xahiş etmişdi.

Lakin Oslo Dairə Məhkəməsi və ardınca Apellyasiya Məhkəməsi bu müraciəti qəbul etməyib. Məhkəmə qərarını onun təkrar cinayət törətmə riskinin yüksək olması ilə əsaslandırıb. Xüsusilə qeyd olunub ki, Höybi artıq bir neçə dəfə zərərçəkmişlərlə əlaqə qurmaq qadağasını və məhkəmənin müvafiq göstərişlərini pozub.

Xatırladaq ki, fevral ayından başlayan məhkəmə prosesi artıq yekunlaşıb və prokurorluq onun üçün 7 il 7 ay müddətinə həbs cəzası istəyib. Şahzadənin oğlu 15 iyun tarixində Oslo Dairə Məhkəməsində hökm oxunana qədər həbsxanada qalacaq. Müdafiə tərəfi isə onun təcavüz ittihamlarından bəraət almasını və digər etiraf etdiyi əməllərə görə cəmi 18 aylıq cəza ilə kifayətlənməsini tələb edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*