Novxanıda dənizdə batan gəncin meyiti çıxarılıbbackend

Novxanıda dənizdə batan gəncin meyiti çıxarılıb

Abşeron rayonunda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.

APA-nın Sumqayıt bürosunun məlumatına görə, 1990-cı il Məmmədov Pərviz Adil oğlunun meyiti Corat qəsəbəsi yaxınlığında dənizdə aşkar olunub.

Meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün FHN-nin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub və P.Məmmədovun meyidi tapılıb.

.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*