“Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) liderlərinin gözündə getdikcə daha çox axsaq ördək kimi görünürlər”.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr bu qənaətini onların siyasi cəhətdən zəifləməsi və ittifaqın ümumi baxışına inam aşılaya bilmədikləri ilə əsaslandırıb.
Qeyd edilib ki, hər iki ölkə Aİ-nin zəif iqtisadiyyatlar reytinqinə başçılıq edir. Fransa və Almaniya həm də Avropa Parlamentinə seçkilər ərəfəsində ifrat sağçı partiyalar tərəfindən alçaldıcı məğlubiyyətlə üzləşiblər.
“İqtisadi zəiflik, şəxsi soyuqluq və siyasi zəifliyin qarışığı zəhərlidir və onların nüfuzunu ciddi şəkildə sarsıda bilər”, – nəşr əlavə edib
Xatirə SADİQ,
KONKRET.az
