Nural Əliyev vəzifəsindən azad olunurbackend

Nural Əliyev vəzifəsindən azad olunur

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad edilir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Deputatlar N.Əliyevin hakim vəzifəsindən azad olunmasına baxacaqlar.

Qeyd edək ki, Əliyev Nural Turab oğlu 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakülətsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.

2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.

N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*