“O otaq qaranlıqdır, orda oturmaq istəmirəm” – Rasim Balayev iddialara CAVAB VERDİbackend

“O otaq qaranlıqdır, orda oturmaq istəmirəm” - Rasim Balayev iddialara CAVAB VERDİ

Kinomatoqrafçılar İttifaqının sabiq sədri, Xalq artisti Şəfiqə Məmmədovanın köhnə kabinetini, dövlət telefonunu və 99-AA-545 nömrəli dövlət maşınını hələ də təhvil vermədiyi iddia olunur.

Medianın məlumatına görə, Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev bu səbəbdən köməkçisinin otağında oturmaq məcburiyyətində qalıb.

KONKRET.az məsələni dəqiqləşdirmək məqsədilə Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb.

Rasim Balayev köməkçisinin otağında oturduğunu təsdiqləsə də, Şəfiqə Məmmədova ilə münasibətlərinin çox yaxşı olduğunu deyib:

“Elə şey yoxdur, bizim aramızda çox gözəl münasibət var. Şəfiqə xanımla aramızda hansısa mübahisəli məsələ yoxdur. Mən həmin otaqda öz istəyimlə oturmuşam. Şəfiqə xanım mənə neçə dəfə böyük otaqda oturmağı təklif etsə də, razılaşmamışam. Demişəm ki, o otaq qaranlıqdır, orada oturmaq istəmirəm”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*