Obama bu namizədi dəstəkləyir: Yenidən seçilməsinə kömək edəcəyinə SÖZ VERDİbackend

Obama bu namizədi dəstəkləyir: Yenidən seçilməsinə kömək edəcəyinə SÖZ VERDİ

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin ikinci müddətə seçilməsinə kömək edəcəyinə söz verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama ilə Bayden arasında görüş iyunun sonunda Ağ Evin iqamətgahında baş tutub.

Görüş zamanı Obama bildirib ki, ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyasında yüksək dəstəyə malikdir.

O hesab edir ki, Tramp seçkilərdə demokratların hesab etdiyindən daha ciddi rəqib ola bilər. Məlumata görə, Obama Baydenin siyasi qabiliyyətindən deyil, Trampın respublikaçılar arasında güclü mövqeyindən narahatdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Demokratların namizədi Co Bayden, Respublikaçıların namizədi isə Donald Trampdır. Son bir il ərzində Tramp üç cinayətdə (2016-cı il seçkiləri zamanı sənədləri saxtalaşdırmaq, məxfi sənədlərə sahib olmaq və 2021-ci ilin yanvarında Kapitoliyə hücum etmək) ittiham olunur. Məlumata görə, ümumilikdə onu 560 ildən çox həbs cəzası gözləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*