“OceanGate”in bütün hesabları silindi: Rəsmi sayt işini dayandırdıbackend

“OceanGate”in bütün hesabları silindi: Rəsmi sayt işini dayandırdı

“Titanik” gəmisinə turlar təşkil edən “OceanGate Expeditions” şirkətinin əməkdaşları şirkətin sosial şəbəkələrdən bütün hesablarını silib və rəsmi saytın işini dayandırıblar.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “oceangateexpeditions.com” saytındakı səhifəyə daxil olanda şirkətin loqosu olan qara ekran görünür.

“OceanGate Expeditions” bütün tədqiqat və kommersiya əməliyyatlarını dayandırıb”, –  loqonun altında yazılıb.

Qeyd edək ki, iyulun 6-da “OceanGate Expeditions” fəaliyyətinin dayandırılması barədə məlumat yayıb.

Xatırladaq ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki  5 nəfər ölüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*