Oğlan uşaqlarının sayında rekord artım – Bəs qızlar nə qədərdir?backend

Oğlan uşaqlarının sayında rekord artım - Bəs qızlar nə qədərdir?

Azərbaycanda uşaqların sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bildirilib ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkədə 0-17 yaş aralığında olan uşaqların sayı 2 milyon 521,1 min nəfər təşkil edib.

Məlumata görə, onlardan 1 milyon 341,6 min nəfəri oğlan, 1 milyon 179,5 min nəfəri isə qız uşaqlarıdır.

Komitədən qeyd olunub ki, 2026-cı ilin əvvəlinə internat müəssisələrində təlim-tərbiyə alan valideyn himayəsindən məhrum olmuş uşaqların sayı isə 1,5 min nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*