Oğlunun şəhid olduğu gün vəfat etdi – FOTObackend

Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

Biləsuvarda şəhid anası vəfat edib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, şəhid gizir Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə, dünən axşam saatlarında dünyasını dəyişib.

Azərbaycan Ordusunun giziri olmuş Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub.

O, 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulduğu Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb.

Qeyd edək ki, şəhid anası sakini olduğu kənddə pedaqoji fəaliyyətlə məşğul olmuş təqaüdçü müəllim idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*