Oğurluq etməkdə şübhəli bilinən çoban SAXLANILDIbackend

Oğurluq etməkdə şübhəli bilinən çoban SAXLANILDI

Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna aparması və satmasını etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*