Oğuzda avtomobil yandı – VİDEObackend

Oğuzda avtomobil yandı - VİDEO

Oğuzda avtomobildə yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

Laçın rayon sakini Vəliyev Ceyhun Şamil oğluna məxsus “Opel” markalı, 99-RZ-025 dövlət nömrə nişanlı minik avtomobildə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin motor hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*