Okroşka ilə bağlı həkimdən xəbərdarlıqbackend

Okroşka ilə bağlı həkimdən xəbərdarlıq

Həkim sağlamlıq üçün təhlükəli olan üç şorbanın adını açıqlayıb.

KONKRET.az bildirir ki, preventiv təbabət mütəxəssisi Mədinə Musiçova xüsusilə yaşlıların və çəkisinə nəzarət edənlərin solyanka kimi yağlı xörəklərdən uzaq durmasını məsləhət görüb. Həkimin sözlərinə görə, solyankanın tərkibindəki çoxlu yağlı ət və kəskin ədviyyat damarların sərtləşməsinə yol açır. Artıq çəki, yüksək təzyiq, podaqra və mədə yarası olanlara bu yemək qətiyyən tövsiyə edilmir. Tam sağlam insanlara isə bu şorbanı həftədə qəbul etmək bəs edir.

Mədə şirəsinin ifrazını artıran göbələk şorbası da qastrit və xoradan əziyyət çəkənlər üçün ziyanlıdır. Göbələyin tərkibindəki maddələr həzm prosesini çətinləşdirir və bədən tərəfindən ağır mənimsənilir.

Yay aylarının populyar yeməyi olan okroşka isə tərkibindəki bir-birinə uyğun gəlməyən məhsullara görə köp yaradır. Mağazadan alınan şirin kvasla hazırlanan okroşka həm kalorini artırır, həm də mədə-bağırsaq sistemində problemlərə səbəb olur. Ekspert bildirib ki, hər bir şorbanın hazırlanma qaydası onun faydasını dəyişir. Məsələn, donuz ətindən bişən borş çox yağlı olduğu halda, onun tərəvəzli variantı pəhriz yeməyi sayılır. Xarço kimi acı şorbalar isə həzm sistemində problem olanlar üçün təhlükəlidir.\\demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*