Hindistanın cənubunda öküz yarışlarında azı 60 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Asian News International” (ANI) məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 15-də Hindistanın cənubundakı Tamil Nadu ştatında Ponqal festivalı zamanı baş verib.
“60-a yaxın yaralımız var, 20 nəfər Racacinin xəstəxanasına göndərilib. Yüngül xəsarət alan 40 nəfərə isə ilkin tibbi yardım göstərilib”, – tədbirin təşkilatçısı bildirib.
Qeyd olunub ki, yarış Tamil Nadu ştatında daha iki gün davam edəcək.
İqbal Rzayev,
KONKRET.az
