Dünyanın ən zəngin adamlarından olan hindistanlı iş adamı Mukeş Ambaninin oğlunun aylarla davam edən toy şənliyi bu dəfə Mumbayda nəqliyyatın hərəkətini iflic edib. Yerli əhali nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasından xeyli hiddətlənib
KONKRET.az xəbər verir ki, dünyanın müxtəlif yerlərində aylardır davam edən 29 yaşlı Anant və sevgilisi Radhikanın toy öncəsi şənlikləri dünyada böyük əks-səda doğurub.
Hindistanın Mumbay şəhərində keçiriləcək 4 günlük möhtəşəm şənliklər şəhər boyu nəqliyyatın hərəkətinə böyük təsir göstərəcək. Hindistan polisi yerli və beynəlxalq VIP qonaqların, iş adamlarının və siyasətçilərin iştirakı ilə şəhərdə geniş təhlükəsizlik tədbirlərinin görüləcəyini açıqlayıb.
Mumbay Ailəsinə məxsus Jio Dünya Konqres Mərkəzindəki toy zamanı nəqliyyatın hərəkəti 3 günlük məhdudlaşdırılacaq.
Mukeş Ambani nəvəsi ilə şənliklərdə
Güclü musson yağışları zamanı nəqliyyatın onsuz da çox sıx olduğu şəhərdə görülən tədbirlər mumbaylıları narahat edib.
Bir çox insan sosial şəbəkələrdə öz hiddət və qəzəblərini gizlətməyiblər.
Qeyd edək ki, gənc cütlüyün mart ayında keçirilən üç günlük şənliyində səhnəyə Rihanna çıxıb. Bill Qeyts və Mark Zukerberq kimi dünyanın ən zəngin adları qonaqlar arasında olub.
May ayında Ambani Ailəsi Bollivud ulduzları da daxil olmaqla qonaqlar üçün Avropada lüks yaxta turu təşkil edib.
Cümə günü Mumbayda keçiriləcək toyda hindu ənənələrinə əməl olunacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az