backend

Ömürlüklər də əfvə düşəcəklər? - AÇIQLAMA

“Bir neçəsinin adını qeyd etmişik. Lakin necə nəzər saldıqlarını və kimlərin əfv olunacağını bilmirik”

Hazırda cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri də məhbusların əfv olunması ilə bağlıdır. Ənənəvi olaraq  Novruz bayramı ərəfəsində prezidentin verəcəyi növbəti əfv sərəncamlarının müvafiq nəticəsi gözlənilir.

Maraqlıdır ki, ömürlük həbs cəzasına məhkum olunan məhbuslardan azadlığa qovuşacaq  şəxslər olacaqmı?

Qeyd edək ki, sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub. Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalamışdı.

KONKRET.az xəbər verir ki, bu barədə “Sherg.az”a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu müvafiq siyahının artıq verildiyini bildirib:

“”Bütün siyahını təqdim etmişik. Siyahıda ömürlük həbs cəzasına məhkum olan bir neçə şəxsin adını qeyd etmişik. Lakin necə nəzər saldıqlarını və kimlərin əfv olunacağını bilmirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*