“Ona xəbərdarlıq edilib” – Jdanov paradın hava hissəsinin niyə ləğv edildiyini AÇIQLADIbackend

“Ona xəbərdarlıq edilib” - Jdanov paradın hava hissəsinin niyə ləğv edildiyini AÇIQLADI

“Ona xəbərdarlıq edilib”.

KONKRET.az xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov OBOZREVATEL-ə müsahibəsində səsləndirib. Jdanov Putinin niyə “qiyamət günü” təyyarəsini paraddan çıxardığını izah edib.

“Moskvada keçirilən hərbi paradın hava hissəsinin ləğv edilməsinin səbəbləri hava yox, siyasi olub. Rusiya Prezidenti bunu Qərbin təzyiqi ilə edib”, – deyə o bildirib.

Onun sözlərinə görə, Putin Qərbin ultimatumundan sonra nüvə müharibəsi baş verəcəyi təqdirdə ölkə rəhbərliyini evakuasiya etmək üçün nəzərdə tutulmuş İl-80 komanda heyətini nümayiş etdirməməyi əmr edib.

  • “Düşünürəm ki, paradın hava hissəsi Qərbin ultimatumuna görə ləğv edilib. Putin nüvə silahı mövzusunu yaymağa başlayan kimi ona dərhal xəbərdarlıq edilib.  Onun şəxsi məhvi məsələsi onun diqqətinə çatdırılıb. Ona yaxın adamlara qarşı sanksiyaların tətbiqi məsələsi də var. Fikir verin, dərhal Rusiya Federasiyasının bütün rəsmiləri deməyə başladılar: “Xeyr, biz nüvə silahından istifadə etmək fikrində deyildik””, – deyə ekspert bildirib.

Jdanov vurğulayıb ki, Putin bu jestlə Qərbə nüvə silahından istifadə etməyi planlaşdırmadığına dair siqnal verib.

Ekspert əlverişsiz hava şəraiti ilə əlaqədar paradın hava hissəsinin ləğvini şübhə altına alıb. Moskvada hərbi parad zamanı hava yaxşı idi, ona görə də hava təyyarələrin paradının ləğvinə səbəb ola bilməzdi. Bunu Moskvadan gələn video da təsdiqləyir.

“Canlı yayıma baxıram – aviasiya üçün əla hava var. Amma “qiyamət günü” təyyarəsini çıxardılar və orada göstərmək üçün başqa heç nə yox idi”, – Jdanov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskva səmasında ölkə başçısının Rusiyanı idarə edə biləcəyi “qiyamət günü” təyyarəsi kimi tanınan xüsusi təyyarəsi görünüb.

Mayın 9-da Qırmızı Meydandakı parad zamanı İl-80 Maxdome-un uçacağı gözlənilirdi. Bu, sonuncu dəfə 2010-cu ildə baş verib. Lakin paradın hava hissəsi ləğv edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*